Neft qiymətləri 1 %-dən çox artıb

10:03 | 17.03.2023
Neft qiymətləri 1 %-dən çox artıb

Neft qiymətləri 1 %-dən çox artıb

Dünya bazarında neft qiymətləri 1 %-dən çox artıb.

 "Brent” markalı neftin may fyuçersləri 1,1 % bahalaşaraq 75,52 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 1,14 % artaraq 1 bareli 69,13 ABŞ dolları təşkil edib.

Neftin bahalaşmasını bir sıra amillər, o cümlədən korreksiya dinamikası, treyderlərin riskə getməsi və dolların ucuzlaşması şərtləndirir.

Bu arada, ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,26 % azalaraq 104,15 bənd təşkil edib. Dolların ucuzlaşması nefti digər valyutalarda alış üçün əlverişli edir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM