Neft şirkəti neftçiləri koronavirusdan necə qoruyur? - VİDEO

22:03 | 06.04.2020
Neft şirkəti neftçiləri koronavirusdan necə qoruyur? -  VİDEO

Neft şirkəti neftçiləri koronavirusdan necə qoruyur? - VİDEO

 
Neftçilər arasında koronavirus pandemiyasının qarşısını almaq üçün Azərbaycan Dövlət Neft Şirəti dənizdən gələn neftçiləri yoxlamaq məqsədilə onlarıbir neçə günlük xüsusi ayrılmış otellərdə yerləşdirir. Buraxıldıqdan sonra onlar dənizdə olan həmkarlarını əvəzləmək üçün yenidən platformalara göndərilir.  Neftçilər deyir ki, koronavirus pandemiyası yaranandan onların dənizdə qalma müddəti də uzadılıb.
 
Neftçilərin hüquqlarının müdafiəsi təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə bildirir ki, dəniz şəraitində işləyənlər üçün 15 gündən artıq iş  sağlamlıq üçün ziyandır.
 
"Platformaların tərpənməsi ola bilir. Bəzi işlər zərərlidir. İşçilərlə məsləhətləşmədən hamının iadından həmkarllar təşkilatının rəhbəri kimi  Cahangir əƏiyevin növbə müddətinin artırılması ilə bağlı razılığın verilməsi ciddi qanun pozuntusudur. O işçilər arasında Həmkarlar təşkilatının üzvü olmayan işçilər də var. Cahangir Hüseynovun onların hamısının adından danışması düzgün deyil", - deyə hüquq müdafiəçisi bildirib. 
 
Hüquq müdafiəçisi SOCAR platformalarında gigiyüna qaydalarının da aşağı olduğunu  vurğulayıb. 
 
Hazırladı: Samirə Əliyeva 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM