Dünya bazarlarında neftin qiyməti sürətlə artır- dünəndən bu günə qiymət 4 % həddində artıb. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, hərracların nəticələri neftin qiymətində əks prosesin başladığını göstərir. Saat 14.09 üçün ICE London birjasının hərraclarında Brent markalı neftin qiyməti 3,27% artaraq 1 barelə görə 63,17 dollar həddinə yüksəlib.
Nyu-York birjasında WTI markalı neftin qiyməti 3,51% bahalaşaraq 1 barrel üçün 58,45 təşkil edib. Birjalarda səhər saatlarında neftin qiymətinin azalmasından sonra günorta saatlarında neft qiymətlərində artım başlayıb. Xatırladaq ki, dünən dünya birjalarında Azərbaycan nefti də 15 sent ucuzlaşaraq 61,76 dollar olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !