Neft yenidən ucuzlaşıb

10:38 | 28.03.2015
Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 5,24%, yaxud 2,56 dollar ucuzlaşaraq 48,87 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 4,93% və ya 2,78 dollar ucuzlaşaraq 56,41 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM