Neftçala icra başçısı əli qandallı aparıldı

16:40 | 20.02.2020
Neftçala icra başçısı əli qandallı aparıldı

Neftçala icra başçısı əli qandallı aparıldı

Bu gün DTX Neftçala icra hakimiyyətinin binasında əməliyyat keçirib. 

Anews.az DTX-yə istinadən verdiyi xəbərə görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.
 
Anews.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, İcra Başçısı artıq əli qandallı aparılıb.
 
Bundan əlavə Neftçala rayon Səhiyyəsinin baş həkimi, Təhsil İdarəsinin rəisi, Su idarəsinin rəisi dindirilmək üçün çağrılıblar. Həttta İcra hakimiyyəti daxilində bir nəfərin halının pis olduğuna dair məlumatlar var.
 
İlkin ehtimala görə 9 fevralda keçirilən seçkilərdə qalib namizədin icra nümayəndəsinə küllli miqdarda pul verərək "yüzbaşı" , "minbaşı" yolu ilə seçkiyə seçici gətirmək olub. Və mənbənin verdiyi məlumata görə həmin rayonun seçki nəticələri də ləğv olunacaq.
 
Qeyd edək ki, Neftçala rayon üzrə lider namizəd Sabir Rüstəmxanlıdır. 
 
Mövzu ilə bağlı Neftçala icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. 
 
Məlumat üçün qeyd edək ki, 61 saylı Neftçala dairə seçki komissiyasının sədri Şaiq Məmmədov oxu.az-a açıqlamasında icra başçısının seçkilərə müdaxiləsi barədə xəbərlər həqiqətləri əks etdirməməsi ilə bağlı fikirlər bildirib.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM