Neftçalada azyaşlı qıza 59 yaşlı qohumu təcavüz edib - RƏSMİ AÇIQLAMA

11:45 | 06.04.2021
Neftçalada azyaşlı qıza 59 yaşlı qohumu təcavüz edib - RƏSMİ AÇIQLAMA

Neftçalada azyaşlı qıza 59 yaşlı qohumu təcavüz edib - RƏSMİ AÇIQLAMA

Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar rayonun prokurorluq və polis orqanlarında tam və hərtərəfli araşdırılıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib.

Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb