Xaricdə təlim-məşq toplanışında olan "Neftçi" komandası sonuncu yoxlama oyununu keçirib.
"Ölkə.az" xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu kollektiv Rusiyanın "Spartak” (Moskva) klubu ilə üz-üzə gəlib.
Avstriyanın Fillax şəhərindəki "Sportzentrum Landskron”da keçirilmiş görüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın qollarını 8-ci dəqiqədə Namik Ələskərov, 45+2-ci dəqiqədə isə yeni transfer Harramiz Soares vurub. Moskva təmsilçisinin qoluna isə 44-cü dəqiqədə Mixail İqnatov imza atıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !