"Neftçi" Rivaldonun oğlunu transfer edir?

19:00 | 14.01.2019

"Neftçi" Rivaldonun oğlunu transfer edir?

Əfsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyo karyerasını Azərbaycanda davam etdirə bilər.

Anews.az qol.az-a istinadən xəbər verir ki, Sofiya "Levski"sinin futbolçusu menecerlər vasitəsilə "Neftçi"yə təklif olunub. Hücum xəttini gücləndirməyi planlaşdıran "ağ-qaralar"ın da 23 yaşlı forvardın xidmətində maraqlı olduğu bildirilir.

Qeyd edək ki, ötən ilin yanvarından "Levski"nin formasını geyinən Rivaldinyo 13 oyunda 1 qol vurub. O, daha əvvəl "Boavişta"( Portuqaliya) və Buxarest "Dinamo"su kimi klublarda da çıxış edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti