“Neftçi” “Səbail”ı sınağa çəkəcək

22:00 | 27.11.2022
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.
 
İlk oyun günündə bir qarşılaşma baş tutacaq.
 
Turnir cədvəlində 29 xalla üçüncü pillədə qərarlaşan "Neftçi” klubu 10 xalla yeddinci sırada olan "Səbail”i qəbul edəcək.
 
"Bakcell Arena”da keçiriləcək matçı baş hakim Fərid Hacıyev idarə edəcək.
 
XV turun "Şamaxı”–"Kəpəz” və "Qarabağ”–"Zirə” matçları noyabrın 28-də, "Turan Tovuz”–"Sabah”, "Sumqayıt”–"Qəbələ” görüşləri isə noyabrın 29-da oynanılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb