“Neftçi” Türkiyə nəhənginə rəqib oldu

23:59 | 02.08.2021
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Azərbaycan çempionu "Neftçi”nin avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.

Bakı klubu III təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK-i keçə bilsə, Türkiyə nəhəngi "Fənərbağça” ilə qarşılaşacaq. "Neftçi” – HİK cütünün qalibi ilk matçı İstanbulda keçirəcək. Pley-offun qarşılaşmaları avqustun 19-da və 26-da keçiriləcək.

"Neftçi” HİK-ə qarşı ilk oyunu sabah, cavab görüşünü avqustun 12-də Helsinkidə keçirəcək.

Xatırladaq ki, "Neftçi” 2014-cü ilə "Fənərbağça” ilə yoxlama oyununda qarşılaşıb. Həmin matç qolsuz heç-heçə ilə başa çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM