"Neftçi" yeni transferini təqdim etdi

21:00 | 22.01.2022
"Neftçi" klubu yeni transferi Gilyerme Patonu təqdim edib.
 
Təqdimat paytaxt təmsilçisinin rəsmi televiziyasında xüsusi videoroliklə gerçəkləşib.
 
Son ölkə çempionu 21 yaşlı cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalayıb. Braziliyalı vinger yeni komandasında 77 nömrəli formanı geyinəcək. "İnternasional"ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.
 
"Neftçi" bundan əvvəl müdafiəçi Azər Salahlı və yarımmüdafiəçi Eddi İsrafilovu transfer edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM