"Neftçi"dən 2018-ci ildə ilk dəfə

17:00 | 16.04.2018

"Neftçi"dən 2018-ci ildə ilk dəfə

Premyer Liqanın 2017/18 mövsümünün ikinci yarısında ilk böyükhesablı nəticə qeydə alınıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, buna səfərdə "Zirə”nin qapısından 3 cavabsız qol keçirən "Neftçi” imza atıb. Çempionatda komandalardan birinin 3 və ya daha çox top fərqi ilə qalib gəlməsinə bunadək sonuncu dəfə XIV turda təsadüf olunub. Həmin vaxt "Sumqayıt” "Kəpəz”i, "Qəbələ” "Keşlə”ni 3 cavabsız qolla məğlub edib.

8 turluq fasilədən sonra 2018-ci ilin ilk böyük hesabına səfərdə imza atan "Neftçi” mövsümdə 2-ci dəfə belə qələbə əldə edib. Sonuncu böyükhesablı nəticənin qeydə alındığı "Qəbələ” matçından 133 gün sonra Premyer Liqada belə fərq müşahidə olunub. Arxada qalan 23 turda "Neftçi”, "Zirə” və "Qəbələ” daha çox - hərəyə 2, "Sumqayıt”la "Qarabağ” hərəyə 1 böyükhesablı qələbə qazanıb. 8 belə nəticədən dördündə "Kəpəz” uduzubsa, "Keşlə”, "Səbail”, "Zirə” və "Sumqayıt”ın bir uğursuzluğu var.

Qeyd edək ki, "Neftçi” həm də Azərbaycan çempionatlarında ilk dəfə "Zirə”yə qalib gəlib. Bunadək Premyer Liqada keçirilənı 11 matçdan üçündə heç-heçə qeydə alınıb, səkkizində qəsəbə təmsilçisi qələbə qazanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM