Bakı metropoliteni stansiyalarının zahiri görkəmində aşkar qüsurlar, tökülmək təhlükəsi yaranmış plaftorma, yol və keçidlərində müvafiq təmir işlərinin aparılmasına davam etdirilir.
ANN.Az Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, «Neftçilər» stansiyasının keçidlərində mir işlərinə başlanılıb. Hazırda stansiyanın 2-ci vestibülünün keçidlərinin divarlarında istismar müddətini başa vurmuş örtük sökülür. Yeni layihəyə əsasən, keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması nəzərdə tutulub.
Bu işlər yekunlaşdırıldıqdan sonra birinci vestibülün keçidlərinin təmirinə başlanılacaq. Təmir zamanı sərnişinlərin keçidlərdən istifadə olunmasına hər bir şərait yaradılıb.
Qeyd edək ki, «Bakı Metropoliteni» QSC sədrinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, «Nizami» stansiyasının qatar yolu divarlarında mərmər örtüyün dəyişdirilməsinə də başlanılıb. 2-ci yolun köhnə mərmər örtüyü artıq sökülüb. Növbəti mərhələdə tor şəbəkə qurulacaq və yeni mərmər təbəqənin yığılmasına başlanılacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !