"Neftçi" komandası UEFA Çempionlar Liqasına Avstriyada hazırlaşacaq.
"Report"un məlumatına görə, hazırlıq prosesi Zaltsburq əyalətinin Leoqanq kommunasında təşkil olunacaq. Hələlik toplanışın tarixi dəqiq açıqlanmasa da, rəqiblərdən biri məlumdur. Bu, Polşa çempionu "Legiya"dır.
Varşava təmsilçisinin rəsmi saytı "Neftçi" ilə görüşün iyunun 20-də olacağını yazıb.
Qeyd edək ki, "Legiya" "Qarabağ"dan ayrılan Azərbaycan millisinin hücumçusu Mahir Emrelini transfer etmək istəyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !