"Neftçi"nin Çempionlar Liqası oyunlarını yayımlayacaq telekanal məlum oldu

23:59 | 02.07.2021

"Neftçi"nin Çempionlar Liqası oyunlarını yayımlayacaq telekanal məlum oldu

"Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki oyunlarını yayımlayacaq telekanal müəyyənləşib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Gürcüstanın "Dinamo” (Tbilisi) komandası ilə hər iki matçı "CBC Sport” vasitəsilə canlı izləmək mümkün olacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına "Dinamo Arena”da, cavab görüşü isə iyulun 14-ü saat 21:00-da "Bakcell Arena”da keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM