• $
  • €
  • ₽
  • ₺
  • £

"Neftçi"nin prezidenti: "Qalatasaray"la oyunumuz tarixə düşəcək"

"Neftçi"nin prezidenti: "Qalatasaray"la oyunumuz tarixə düşəcək"
31.08.2020 20:31
"İki qardaş ölkənin ən böyük komandaları üz-üzə gələcək".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev "BeIN SPORTS'a açıqlamasında UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Quliyev Türkiyə "Qalatasaray"ına rəqib olduqları üçün sevindiklərini bildirib: "Dünyada ortaya çıxan pandemiya səbəbindən oyun azarkeşsiz keçiriləcək. Möhtəşəm matç olacaq. İnanıram ki, bu qarşılaşma tarixə düşəcək".
Komandaların şanslarını da qiymətləndirən klub prezidenti növbəti mərhələyə adlamaq istədiklərini deyib: "Hər oyun öncəsi şanslar bərabər olur. "Qalatasaray"ı evdə qəbul edəcəyik. Onların gücünə, tarixinə hörmətlə yanaşırıq. Amma biz də 83 illik klubuq. Bu oyundan gözləntilərimiz böyükdür. Mərhələni keçmək istəyirik".
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol