"Neftçi"nin qovduğu futbolçu Xorvatiya millisinə dəvət aldı

21:04 | 20.05.2019
AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Xorvatiya millisinin Uels və Tunislə yoxlama görüşü üçün heyəti açıqlanıb.
Baş məşqçi Zlatko Daliç 32 futbolçuya dəvət yollayıb. Yığmaya dəvət alanlar arasında Türkiyənin "Rizəspor" klubunun müdafəçisi Dario Melnyak da var. 26 yaşlı futbolçu ilk dəfə milliyə çağırılıb.
"Neftçi" Melnyakı  2016-cı ilin yayında Belçikanın "Lokeren" klubundan bir illik icarəyə götürmüşdü. Lakin onunla müqavilə altı ay sonra xitam verilmişdi.
 
sportal.az

www.anews.az
loading...

Xəbər lenti