"Neftçi"nin zədəli futbolçuları Azər Salahlı və Sezar Meza Kollinin durumu açıqlanıb.
Bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında məlumat verib.
Baş həkim Salahlının ayağından əməliyyat olunduğunu xatırladıb: "O, 2-3 ay ərzində komanda ilə məşqlərə qoşulacaq. Meza Kollinin isə reabilitasiya dövrü başlayıb. Başqa zədəli oyunçumuz yoxdur".
Zöhrablı "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın IV tur matçında əzələsində spazm aşkarlanan Azər Əliyevin durumunun yaxşı olduğunu və komanda ilə məşqlərə qatıldığını söyləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !