“Neftçi” futbolçusunu satmayacaq

21:22 | 18.06.2014
“Neftçi” futbolçusunu satmayacaq

“Neftçi” futbolçusunu satmayacaq

Cavid İmamverdiyevin “Ankaraspor”a keçidi baş tutmayacaq. 
ANN.Az xəbər verir ki, bu barədə apasport.az saytına Türkiyə I dəstə təmsilçisinin baş məşqçisi Osman Özköylü məlumat verib.
O, “Neftçi”nin yarımmüdafiəçisinin “Ankaraspor”da icarə əsasında oynamasına müəyyən maneələr olduğunu bildirib: “Bizim komandada bir futbolçu var idi. Onu göndərməli idik və yerinə Cavid İmamverdiyevi almalı idik. Amma alınmadı. Çünki bəzi problemlər səbəbindən biz həmin futbolçunu heyətdən kənarlaşdıra bilmədik. Ona görə də Cavidin komandamıza gəlməsi baş tutmayacaq”.
Qeyd edək ki, “Neftçi” tərəfi “Ankaraspor”a bu gün axşama kimi vaxt vermişdi. Əgər bu problem həll olunardısa, tərəflər arasında 1 illik müqavilə bağlanacaqdı. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM