2014/15 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək sonuncu klub da müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”, “İnter” və “Qəbələ”nin ardından “Neftçi” də bu hüququ əldə edib. “Ağ-qaralar”ı Avropa Liqasına AFFA-nın Lisenziyalaşdırma Komissiyasının qərarı ilə vəsiqə qazanıb. Belə ki, qurum sonuncu 4-cü yerə olan iki namizəddən biri – “Bakı”ya avrokuboklarda oynamaq üçün lisenziya verməyib. Bu isə son iki turun və kubokun finalının nəticəsindən asılı olmayaraq “Neftçi”nin Avropa Liqasında oynayacağını rəsmiləşdirib. Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında II, “İnter” Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə qoşulacaq. “Qəbələ” ilə “Neftçi” arasında Azərbaycan kubokunun finalında qalib gələn komanda Avropa Liqasının II, uduzan isə ı təsnifat mərhələsində oynayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !