Neftçilər Xəstəxanasındakı yanğınla bağlı rəsmi AÇIQLAMA

11:16 | 16.12.2013
Neftçilər Xəstəxanasındakı yanğınla bağlı rəsmi AÇIQLAMA

Neftçilər Xəstəxanasındakı yanğınla bağlı rəsmi AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.ANN.az FHN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli xəstəxananın 1-ci mərtəbəsində yerləşən sauna otağı 9 kv.m sahədə yanıb, otaqlarının lambirdən ibarət tavanı isə 40 kv.m sahədə əriyib. Yanğın zamanı binadan 138 nəfər tibb personalı və xəstələr yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 12 nəfər xilas edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM