Dünya birjalarında "qara qızıl"ın qiyməti ucuzlaşıb.
"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,2 dollar ucuzlaşaraq 62,45 dollar təşkil edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirilib.
Dünya birjalarında da neftin qiyməti ucuzlaşıb. Belə ki, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar ucuzlaşaraq 58,53 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures”) birjasında isə "Brent” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar azalaraq 62,75 dollar olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !