Neftin qiyməti 2035-ci ildə 70 dolları keçə bilər

20:30 | 09.04.2021
Neftin qiyməti 2035-ci ildə 70 dolları keçə bilər

Neftin qiyməti 2035-ci ildə 70 dolları keçə bilər

Dünya bazarında neftin qiyməti 2025-ci ilə qədər bir barel üçün 50-75 dollar arasında dəyişə bilər.

"Report” "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın neft sənayesinin Baş sxeminin layihəsində verilir.

İlkin ssenariyə görə, 2020-ci illərin ikinci yarısında neft qiymətləri bir barel üçün 50-60 dollar aralığında olacaq və 50 dollardan əhəmiyyətli dərəcədə aşağı düşməyəcək.

"2020-2022-ci illərdə hasilat aktivlərinə qoyulan investisiyanın aşağı səviyyəsi qiymətlərin bir barel üçün 50-60 dollar və daha yüksək səviyyədə qalmasını (OPEC+ çərçivəsində hasilatın tənzimlənməsi davam edərsə) şərtləndirəcək”, - sənəddə deyilir.

İlkin senarində "Brent” markalı neftin bir barelinin qiymətinin 2030-cu ilədək orta hesabla 70 dollar, 2035-ci ilədək 73 dollar, 2040-cı ilədək 71 dollar təşkil edəcəyi gözlənilir.

2020-ci ildə "Brent” neftinin bir barelinin illik ortalama qiyməti 42 dollar olub. "Urals” neftinin bir bareli isə orta hesabla 41 dollara satılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb