Neftin qiyməti 70 dollar olacaq

11:41 | 27.03.2015
Neftin qiyməti 70 dollar olacaq

Neftin qiyməti 70 dollar olacaq

"Bu ilin sonuna qədər neftin qiyməti 70 dollar ola bilər”. ANS PRESS-in məlumatına görə, bu sözləri "Reuters” agentliyinə müsahibə verən İraqın neft naziri Adil Abdal Mahdi səsləndirib.

Nazir yanvar ayında neftin qiymətinin birdən-birə aşağı düşməsinin OPEC-ə daxil olan bir sıra ölkələrə təsri etdiyini vurğulayıb. 

"Qiymətin belə düşməsi çox davam edə bilməz. Artıq qiymətin getdikcə artdığını müşahidə edirik. Düşünürəm, cari ilin sonuna qədər 70 dollara çatacaq”, – Adil Abdal Mahdi bildirib.

O, həmçinin Yəməndə baş verən hadisələrin neftin qiymətlərinə təsirindən də danışıb. Nazirin qənaətincə, bu böhran çox da davam etməyəcək. Qiymət artımını hadisələrlə əlaqələndirməyi əsassız hesab edib və "onsuz da bu artım var” - deyib. 

Qeyd edək ki, bir müddət əvvəl OPEC açıqlamasında bu il neftin qiymətinin 60-70 dollar arasında olacağını bəyan etmişdi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM