Neftin qiyməti bahalaşdı

09:23 | 26.05.2015
Neftin qiyməti bahalaşdı

Neftin qiyməti bahalaşdı

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti dəyişməz qalıb. Belə ki, WTI markalı xam neftin bir barelinin qiyməti 59,72 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,21% yaxud 0,14 dollar irəliləyərək 65,52 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 67 dollar/barel olacağı gözlənilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM