Londonun ICE Futures birjasında Brent neftinin oktyabr fyuçerslərinin dəyəri saat 9:04-ə olan vəziyyətə görə, bir barel üçün 78,41 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,08 dollar (0,1%) çoxdur.
Bir gün əvvəl bu kontraktların qiyməti 1,85 dollar (2,4%) artaraq 78,33 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,19 dollar (0,25%) artaraq 75,42 dollar/barelə bərabər olub. Çərşənbə günü müqavilə 2,03 dollar (2,8%) artaraq 75,23 dollar/barel olub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !