Neftin qiyməti dörd gündə ilk dəfə artıb, Brent neftinin qiyməti bir barel üçün 77,3 dolları ötüb. Bu barədə Bloomberg məlumat verib.
Benchmark markaları üçün neft qiymətləri əvvəlki üç seansda azaldıqdan sonra çərşənbə axşamı günü davamlı olaraq artır.
Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin kotirovkaları 1,03 dollar (1,35%) artaraq bir barelə görə 77,33 dollar təşkil edib.
Nyu-Yorkun əmtəə birjasında səhər saatlarında elektron hərraclarda WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 1,2 dollar (1,65%) artaraq bir barelə görə 74,14 dollar təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !