Fevralın 20-də axşam saatlarında etalon markalar üçün neftin qiymətləri düşüb.
Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 1 barelə görə 0,76 dollar (0,91%) azalaraq 82,8 dollar təşkil edib.
Nyu-York əmtəə birjasında (NYMEX) aprel üçün WTI neftinin fyuçersləri 0,84 dollar (1,07%) ucuzlaşaraq 77,62 dollar/barelə bərabər olub.
MarketWatch yazır ki, Çin iqtisadiyyatının yavaş bərpası neft qiymətlərinə təzyiq göstərir.
Bundan əlavə, treyderlər indi ABŞ Federal Ehtiyat Sisteminin daha sonra faiz dərəcəsinin azaldılmasını gözləyirlər ki, bu da enerji tələbatının zəifləməsinə kömək edəcək.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !