Neftin qiymətinin bir barel üçün 10 dollar dəyişməsi Azərbaycanın dövlət büdcəsinin neft və qaz gəlirlərinin ildə orta hesabla 100 milyon manat artmasına və ya zalmasına gətirib çıxarır. Bu barədə Maliyyə Nazirliyi bildirib.
Maliyyə Nazirliyinin baza ssenarisinə əsasən, neftin orta qiyməti1 barrel üçün 75 dollar olduğu halda, Azərbaycanın 2024-cü il dövlət büdcəsinin neft və qaz gəlirləri 17 milyard 769 milyon manat təşkil edəcək.
Bu il neftin orta qiyməti 80 dollar/barel olarsa, dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 819 milyon manat təşkil edəcək.
Əgər 2024-cü ildə neftin qiyməti orta hesabla 85 dollar/barel səviyyəsində olarsa, o zaman dövlət büdcəsinin neft-qaz gəlirləri 17 milyard 869 milyon manat olacaq.
Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin qiyməti 60 dollar/barelə düşərsə, bu il dövlət büdcəsinin neft və qaz gəlirləri 17 milyard 669 milyon manat, 70 dollar/barel qiymətlə isə 17 milyard manat təşkil edəcək. milyard 719 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə dövlət büdcəsinin faktiki neft və qaz gəlirləri 18 milyard 156,4 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi qeyd edir ki, Azərbaycanın 2024-cü il üçün icmal büdcəsinin gəlirləri 43,5 milyard manat, o cümlədən neft və qaz gəlirləri 19,1 milyard manat səviyyəsində proqnozlaşdırılır. "Neftin qiymətinin hər 10 dollar/barel üçün dəyişməsi icmal büdcənin gəlirlərinin təxminən 800 milyon manat artmasına və ya azalmasına səbəb olur”, - Maliyyə Nazirliyi vurğulayıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !