Neftin qiymətləri ABŞ dollarının kursunun artmasına vasitə olub.
Dekabr ayında texasın açıq neftinin (WTI) qiyməti bazar ertəsi Nyu-York satışlarında 1,76 dollar ucuzlaşaraq (2,2%) bir barel üçün 78,78 dollar olub. Bu Saudi Arabian Oil şirkətinin ABŞ-a neftin ixrac qiymətini endirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, WTI dəyəri 2012-ci ildən minimaldır. Bununla yanaşı elektron satışlarda daha ucuz qiymət həddində olub, bir barel üçün 78,25 dollar.
Analitiklərin fikrincə, neftin qiymətini enməsinin səbəbi ABŞ və Asiyaya Səudiyyə Ərəbistanından neftin çatdırılmasının azalmasıdır, bu barədə milli neft şirkəti Saudi Arabian Oil.
“Səudiyyə ərəbistanı tərəfindən atılabn bu addım onun ABŞ-da bazar payının saxlanmasına cəhd etdiyini göstərir”, - Again Capital LLC hec-fondun əməkdaşı Con Kildaf bildirib.
“Görünür, səudiyəlilər belə qiymət və tələbat səviyyəsində özlərini rahat hiss edirlər”, - o qeyd edib. Onun sözlərinə görə, “Səudiyyə Ərəbistanı hesab edir ki, qış vaxtı neftə olan tələbatın artması vəziyyəti möhkəmləndirməyə yardım edəcək”.
“Xammal təklifi çox böyükdür, - Energy Security Analysis konsaltinq şirkətinin nümayəndəsi Sara Emerson qeyd edib. - Vəziyyət yenə də qeyri-stabilliyi ilə fərqlənir. İlin sonuna brent markalı neftin qiymətini 80 dollara çatmasını görsəm təəccüblənmərəm, eyni zamanda onun 95 dollara olacağı da mümkündür”.
Neftin qiymətlərinin enməsi ABŞ milli valyutasının kursunun yüksəlməsinə səbəb olur. “Dolların mövqeyinin möhkəmləndirilməsi xammala təsir etməyə davam edir, - Citi Futures Perspective şirkətinin analitiki Tim Evans bildirib. – Bu tendensiya artıq mövqeyini möhkəmləndirib və görünüşə baxılırsa deyəsən davam edəcək ”.
ANN.Az