Neftin qiyməti yüksəlir - 44 dollara çatdı

15:56 | 23.06.2020
Neftin qiyməti yüksəlir - 44 dollara çatdı

Neftin qiyməti yüksəlir - 44 dollara çatdı

Dünya birjalarında neftin qiymətindəki yüksəliş trendi davam edir.

Bloomberg xəbər verir ki, bu gün London birjasında Brent markalı neftin 1 barelinin dəyəri 43.93 dollaradək yüksəlib.

Nyu-York birjasında isə Layt markalı neftin dəyəri 41.59 dollara çatıb.

Qeyd edək ki, dünyada iqtisadi aktivliyin tədricən bərpa edilməsi fonunda artıq 1 aydır ki, neftin dəyərində artım müşahidə edilir.(publika)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM