Dünya bazarında "qara qızıl"ın qiyməti tədricən qalxmağa başlayıb
Neftin dünya bazarlarında qiymətində yenidən qalxma müşahidə olunub.
ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində bahalaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.64 dollar (1.11%) artaraq 58.32 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.54 dollar (0.86%) bahalaşaraq 63.12 dollar olub.
Qeyd edək ki, "LUKoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovun fikrincə, ortamüddətli perspektivdə neftin barelinin qiyməti 75 dollardan çox olacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !