"Neftin qiymətinin 100 dollar olduğunu görməyəcəyik"

21:00 | 12.01.2015

"Neftin qiymətinin 100 dollar olduğunu görməyəcəyik"

Dünya bazarında neftin bir barrelinin qiyməti heç vaxt 100 dollar olmayacaq. ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Talal açıqlama verib.

Bununla belə, onun sözlərinə görə, əgər qara qızıla tələbat artarsa onun qiyməti qalxa bilər: "Amma mən əminəm ki, biz heç vaxt neftin bir barelinin qiymətinin 100 dollar olduğunu görməyəcəyik”.

O, həmçinin deyib ki, ABŞ-ın şist neft inqilabı gələcəkdə neftin bahalaşmasını əngəlləyəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM