ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Dünya Bankının Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidenti Aksel van Trostenberq bildirib.
"Ölkələrin əksəriyyəti – neft idxalçılarıdır. Əgər bütövlükdə dünya iqtisadiyyatı nöqteyi-nəzərindən yanaşsaq, müsbət təsir olduğunu görərik”, - Trostenburq Yaponiyanın "İomiuri” qəzetinə verdiyi intervüdə bildirib.
O, qeyd edib ki, neft idxalçısı olan ölkələr, o cümlədən Yaponiya üçün neftin aşağı qiymətləri iqtisadiyyatda müsbət haldır, çünki xarici ticarət balansında kəsirin azalmasına səbəb olur və bununla da qənaət olunmuş vəsaitin infrastrukturun inkişafına sərf edilməsinə şərait yaranır.
Onun sözlərinə görə, hazırkı vəziyyət davam edərsə, qaz və kömürün qiymətlərinə də təsir göstərə bilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !