Dünya Bankının İnkişaf perspektivləri qrupunun direktoru Ayxan Kese deyib: "Neftin qiymətlərinin ucuzlaşması real gəlirlərin xeyli dərəcədə inkişaf etməkdə olan ixracatçı dövlətlərdən inkişaf etməkdə olan idxalatçı ölkələrə axmasına gətirib çıxarır. Neftin ucuz qiymətləri istər ixracatçı, istərsə də idxalatçı ölkələrin büdcə resurslarını genişləndirmələrinə və ətraf mühitin mühafizəsi sahəsində daha geniş məqsədlərə nail olmalarına kömək edir”.
A.Kesenin fikrincə, neftin qiymətləri 2015-ci ildə ucuz olacaq və bu da bütün dünyada inflyasiyanın azalmasına gətirib çıxaracaq və çox güman, varlı ölkələrdə faiz dərəcələrinin artmasını yavaşadacaq. Onun sözlərinə görə, vəziyyətin belə olması Hindistan və Çin kimi neft idxalatçısı olan ölkələr üçün müəyyən imkanlar yaradır.
Braziliya, İndoneziya, Türkiyə və Cənubi Afrika Respublikasının neft bazarındakı vəziyyət də inflyasiyanı və cari əməliyyatlar hesabı kəsirini azaltmağa kömək edəcək.
Lakin neftin ucuz qiymətləri ixracatçı ölkələrin iqtisadi fəallığını zəiflədəcək. Məsələn, proqnozlara görə, Rusiya iqtisadiyyatının inkişafı 2015-ci ildə 2,9 faiz azalacaq və 2016-cı ildə çətinliklə müsbət göstəricilərə qayıdacaq, gözlənilən artım 0,1 faiz təşkil edəcək.
Məruzə müəllifləri bildirirlər ki, 2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın sürətində müəyyən tezləşmə müşahidə olunacaq. Bütövlükdə bu il dünyada qlobal iqtisadi artım 3 faiz, 2016-cı ildə 3,3 faiz, 2017-ci ildə 3,2 faiz təşkil edəcək.
Dünya Bankının prezidenti Cin En Kim yeni məruzəni təqdim edərkən deyib: "İnkişaf etməkdə olan ölkələr qeyri-müəyyənlik ilə səciyyələnən cari iqtisadi durumda sosial proqramların dəstəklənməsi üçün öz resurslarından bacarıqla istifadə etməli, onları sözün əsl mənasında lazer dəqiqliyi ilə aztəminatlı ailələrə yardımın göstərilməsinə yönəltməli, habelə vəsaitin insan kapitalına yatırılmasını təmin edən struktur islahatları aparmalıdırlar. //azertag.az
Bizi sosial şəbəkələrdə izləyin !