Neftin ucuzlaşması mənzil qiymətlərinə necə təsir edəcək?

14:21 | 29.10.2014
Neftin ucuzlaşması mənzil qiymətlərinə necə təsir edəcək?

Neftin ucuzlaşması mənzil qiymətlərinə necə təsir edəcək?

Dünya bazarında neftin ucuzlaşması mənzil bazarına təsir edəcək.Mütəxəssislər belə hesab edir. Onlar bildirir ki, qlobal iqtisadiyyatda kəskin dəyişiklik baş verəndə daşınmaz əmlakın da qiyməti düşür.ANN.Az Banco.az-a istinadən xəbər verir ki, mənzil bazarında qiymətlər ucuzlaşa bilər. Neftin qiymətinin aşağı düşməsi daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Hətta bu ucuzlaşmanın 20-28 %-ə qədər olacağı proqnozlaşdırılır. Bunun baş verməsi üçün isə dünya bazarında neftin qiymətinin hələ bir müddət də bu şəkildə ucuz qalması lazımdır.Hazırda isə Bakıda mənzillərin kvadrat metrinə görə qiyməti tarixin ən yüksək həddinə, yəni orta hesabla 2110 dollara çatıb. Bu zaman isə bir sual yaranır: uzun illər pul toplayaraq ev almaq istəyən şəxslər nə etməlidir? Mütəxəssislər bildirirlər ki, daşınmaz əmlak alan şəxslər hər zaman udurlar. Ancaq bir qədər gözləmək daha məsləhətli olar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM