Neftin ucuzlaşması prezidentin maaşına təsir etdi

10:20 | 29.11.2014
Neftin ucuzlaşması prezidentin maaşına təsir etdi

Neftin ucuzlaşması prezidentin maaşına təsir etdi

Venesuela neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq büdcə xərclərini azaldacaq.AzVision.az-ın məlumatına görə, bu barədə “Telesur” telekanalı ilə çıxışı zamanı ölkə prezidenti Nikolas Maduro bildirib.Maduronun sözlərinə görə, ölkədə dövlət xərclərinin azaldılması ilə bağlı komissiya yaradılacaq. İlk növbədə Maduro öz maaşını, nazirlər və onların müavinləri də daxil olmaqla yüksək çinli məmurların, həmçinin dövlət şirkətlərinin rəhbərlərinin maaşını azaldacaq. Bundan əlavə dövlət ehtiyacları üçün alınan avtomobillərin də sayı azaldılacaq. Venesuela prezidenti eyni zamanda bəyan edib ki, ərzaq məhsullarının subsidiyalaşdılması və mənzil tikintisi də daxil olmaqla sosial xərclərin azaldılması planlaşdırılmır: “Mən zəmanət verirəm ki, Venesuelada uşaqlar dərsləri buraxmayacaq, Venesuelada sosial güzəştlər və ərzaq məhsulları çatışmazlığı olmayacaq” .ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM