“Neftçi”nin yeni baş məşqçisi məlum oldu

17:10 | 08.01.2014
“Neftçi”nin yeni baş məşqçisi məlum oldu

“Neftçi”nin yeni baş məşqçisi məlum oldu

Nazim Süleymanovun istefasından sonra “Neftçi”nin yeni baş məşqçisi bəlli olub.Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ı yenidən Böyükağa Hacıyev çalışdıracaq. “Neftçi”yə ikinci qayıdışı olan Hacıyev Çempionlar Liqasının I təsnifat mərhələsində “Skenderbeu” (Albaniya) ilə oyundakı uğursuzluğa görə istefa verdikdən sonra klub prezidenti Sadıq Sadıqovun müşaviri postunda çalışırdı. Ondan sonra baş məşqçi postu Tərlan Əhmədova tapşırılsa da, o, “Xəzər Lənkəran”la Superkubok matçında məğlubiyyətdən sonra “ağ-qaralar”dan ayrılmaq məcburiyyətində qaldı. T. Əhmədovdan sonra baş məşqçi postuna Nazim Süleymanov təyin olunmuşdu. N. Süleymanov bu gün baş məşqmi postundan istefa verib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM