• $
  • £

Nəhəng və qeyri adi canlılar Yeri işğal edəcək - Alimlərdən Xəbərdarlıq

Nəhəng və qeyri adi canlılar Yeri işğal edəcək - Alimlərdən Xəbərdarlıq
05.02.2014 16:00

İnəkdən, hətta inəkdən də böyük siçanlar Yerin boşalmaqda olan ərazilərinin "mühüm bir hissəsini" ələ keçirə bilərlər. 

Mütəxəssilərin sözlərinə görə, bu dəhşətli ssenarinin reallaşması mümkündür, nəhəng məməlilərin nəsli kəsildikcə, super-dözümlü siçanlar onların yerini tutmağa başlayacaqlar. "Zaman keçdikcə, heyvanlar təkamül etməkdə davam edəcəklər, sağ qalmaq və törəmək üçün onlar istənilən formaya düşəcəklər", Leyçester Universitetinin geoloqu Dr. Yan Zalasieviç deyib. 

Dinozavrlar yer üzündən silinəndən sonra, bu balaca heyvanlar müxtəlif formalarda təkamül etməyə başladılar. 

"Müəyyən dövr ərzində siçanlar kapibaranın ölçülərinə qədər təkamül edə bilərlər. Kapibara (Capybara) hazırda yer üzündə yaşayan ən böyük gəmiricidir, onun həcmi 80 kiloya çata bilir. Əgər ətraf mühit kifayət qədər boşalsa, onların həcmi daha da böyüyə bilər".

Dr

Elmə məlum olan ən böyük gəmirici Josephoartegasia monesi 3 milyon il əvvəl yaşayıb, o, öküzdən daha böyük olub, çəkisi 1 tonu ötə bilirdi. Onun müasir qohumu kapibara isə bir qoyunun çəkisindədir, o, Şimali Amerikada yaşayır. 

İnsan fəaliyəti nəticəsində yaranan təcrid olunmuş "Siçan adaları"nın sakinlərinin sayı sürətlə arta bilər və onlar dominant növə çevrilə bilərlər.

Dr. Zalaşieviçin fikrincə, gəmiricilərin gələcək təkamülünü öyrənmək baxımından siçan adaları "laboratoriya" rolunu oynaya bilər. "Siçanlar heyvan növləri arasında bizim dünyada geniş yayılmağına şərait yaratdığımız ən uyğun nümunələrdən biridir. Onlar yayıldıqları mühitə əla adaptasiya olublar", - Dr. bildirib. Ən çox olmasa da, dünyada onların böyük kaloniyaları var. Onların kökünü kəsməyə cəhd edilib, amma onları məhv etmək həddindən artıq çətindir. 

The

Onlar adətən yemək axtarırlar, əksər vaxtlarda. Onlar uzun müddət ərazi uğrunda xeyli heyvan növləriylə mübarizə aparıblar və zamanla onları kökünü kəsməyə müvəffəq olublar. "Nəticədə ətraf mühit boşalıb və siçanlar mühüm bölgəni ələ keçirmək üçün əla fürsətə yiyələniblər".

Nəhəngləşmə, çox məşhur təkamül prosesidir, bu, kiçik məxluqların nəhəng məməlilərin boşaltdığı əraziləri ələ keçirdiyi zaman baş verir. 50 milyon il əvvəl nəhəng göy balinanın əcdadı canavarın həcmi boydaydı, - Dr. Zalasieviç vurğulayır. Onun fikrincə, siçanlar mühitə başqa cür də adaptasiya ola bilərlər, onlardan biri də böyük həcmə yiyələnməkdir.  

Given

"Heyvanlar nəhəng formaya yiyələnə bildikləri kimi, balaca formaya da yiyələnə bilərlər", - o deyib və əlavə edib: "Bu onların mövcud olduqları şəraitin xüsusiyyətlərindən və təbii seçmə prosesinin onlar üzərindəki təzyiqindən asılıdır. Siçan kaloniyları gələcək təkamülü öyrənmək baxımından effektli laboratoriyadı və bu müxtəlif nəticələrə səbəb olacaq. Beləliklə, gələcəkdə kiçik siçanlar, iri siçanlar, astagəl və ağır siçanlar, cəld və vəhşi siçanlar, çox güman su və və s. siçanlar mövcud ola bilər. Ev pişiyi, dovşan, keçi kimi digər heyvanlar da çox güman oxşar cığırla gedəcəklər". 

O güman edir ki, gələcəkdə Yerin geologiyasına ən çox təsir edən heyvan növü siçanlar olacaq və zaman keçdikcə onlar "bəzi qeyri-adi nəsillər" yaradacaqlar. 

Snakes

Nəhəng siçanlar anlayışı sizə qeyri-adi görünürsə, dünyanı avtobus həcmindəki nəhəng ilanlarla təsvir edin, onlar o qədər böyükdürlər ki, evin qapısından zorla içəri girə bilirlər. Balaca maşın həcmində olan tısbağalar timsah ovlayır, pişik boyda olan atlar çöllərdə qaçışırlar. Heyvan ölçüləri, sürünənlər və iqlim dəyişikliyi arasında bağlılığı araşdıran Amerikalı alimlər 55 milyon il əvvəlki dünyada bunun real olduğunu deyirlər. Keçən il elm adamları xəbərdarlıq etmişdilər ki, əgər qlobal istiləşmə davam etsə, sürünənlərin çoxalması və məməlilərin azalması prosesi davam edəcək.  

Floridada  yerləşən Təbiət Tarixi Muzeyinin paleontoloqu Conatan Blox bildirib ki, qlobal istiləşmə və qeyri-adi heyvan qalıqları arasında təbii bağlılıq var. 

Dr. Blox 55 milyon il öncə baş verən Paleocene-Eocene Thermal Maximum dövrü kimi tanınan zaman kəsimini araşdırır. Bu dövrdə 200 000 il dövr ərzində qlobal istiləşmə 6°C artmışdı. 

Dr. Blox ilk növbədə qəribə məxluqların mövcud olduğunu aşkarlayıb. Keçən il o, Şimali Amerikada 60 milyon il əvvəl yaşayan nəhəng tısbağanın tapılmasında öz töhvəsini vermişdi.

ANN.Az 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol