Bir neçə gün öncə İslandiyadakı ən təhlükəli vulkanlardan biri püskürüb.
ANN.Az-ın "Euronews"a istinadən verdiyi xəbərə görə, Bardarbunqa vulkanın püskürməsi nəticəsində qalın lava təbəqəsi axmağa başlayıb, rəsmilər vulkanın püskürtüsünün getdikcə gücləndiyini deyirlər.
Elm adamları püskürtünün yayılacağı təqdirdə 4 kilometr uzaqlıqdakı buzlaqlara əridəcəyindən, beləliklə, nəhəng kül buludlarının yaranacağından narahatdır.
2010-cu ildə vulkan püskürməsi nəticəsində yaranan kül buludlarına görə, Avropanın hava sahəsinin böyük hissəsi dumanla örtülmüşdü.
Bardarbunga İslandiyanın paytaxtı Reykyavikdən 219 kilometr aralıdadır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !