Nelson Mandela haqqında ŞOK İDDİA

18:41 | 21.12.2013
Nelson Mandela haqqında ŞOK İDDİA

Nelson Mandela haqqında ŞOK İDDİA

Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandela ilə bağlı şok iddia ortaya atılıb. 

Qaynar.info xəbər verir ki, İsrail dövlət arxivindəki gizli bir məktub Mandelanın 1962-ci ildə həbs edilməsindən iki ay əvvəl MOSSAD-dan sabotaj əmri aldığını ortaya çıxarıb. 

"Haaretz" qəzetinin yazarları Ofer Aderet və Devid Faşlerin verdiyi məlumata görə, Mandela 1962-ci ilin yanvarında Afrika Milli KOnqresinə hərbi dəstək tələb etmək məqsədilə Efiopiya, Əlcəzair və Qana kimi Afrika ölkələrinə səfər edib. MOSSAD tərəfindən Qüdsdəki Xarici İşlər Nazirliyinə göndərilən məktubda da Mandelanın Efiopiyadakı cəsuslarından cüdo, sabotaj və silah təlimi aldığı, amma həmin casusların Mandelanın kimliyindən xəbərsiz olduğu yazılır: "2 ay əvvəl Efiopiyadakı İsrail səfirliyinə gəlib oradakı MOSSAD cəsuslarından təlim alan Devid Mosbari adlı birindən bəhs etmişdik. Adamlarımızı "Şalom" deyə salamlayırdı, yəhudilərin problemlərindən də xəbərdar idi. Sosialist fikirli idi. Kommunistliyə meyilli idi. Onu sionist etməyə çalışdıq. Mətbuatda çıxan fotolara baxanda Cənubi Afrikada həbs olunan damla Mosbari eyni adamdır". 

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM