Axar.az xəbər verir ki, bu iddia ilə Rusiyada nəşr olunan Novaya qazeta çıxış edib.
Mətbuat öldürüləcək şəxslər sırasında Nemtsovdan başqa Mixail Xodorkovski, Aleksey Venediktov və Kseniya Sobçakın da olduğunu bildirib:
"Siyahıya daxil olan şəxslərin hər biri üçün hazırkı şəkildə qəbul edilmiş Çeçenistandan olan killerlərdən ibarət tək qrup işləmir. Onların sayı minimum iki olur. Nemtsovu öldürən heç də Dadayev deyil. Qatilin adı artıq prezidentə məlumdur. Onu mətbuata heç bir informasiya buraxmadan həftənin bazar ertəsi Qroznıda dindiriblər. Nemtsov cinayətinin əsas təşkilatçısı mayor Ruslandır. Onun yaxın qohumu yüksək vəzifəli çeçen hərbçidir. Bu soyad artıq bizə də bəllidir, amma biz təqsirsizlik prezumpsiyasını nəzərə alaraq onun adını çəkməyəcəyik. Ümumiyyətlə, artıq soyad Daxili İşlər Nazirliyi, FTX və İstintaq Komitəsində yüzlərlə şəxsə bəllidir. Ruslan həmçinin nə vaxtsa "Sever” batalyonunda xidmət edib və dəfələrlə təltif olunub”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !