Nemtsovun ölümünə qeyri adi etiraz - FOTOLAR

16:44 | 28.03.2015
Nemtsovun ölümünə qeyri adi etiraz - FOTOLAR

Nemtsovun ölümünə qeyri adi etiraz - FOTOLAR

Moskvalı rəssam Lena Hades müxalifət lideri Boris Nemtsov öldürüləndən bəri onun 100-dən çox portretini çəkib.

ANS PRESS-in məlumatına görə, O, portretlərdən ən uğurlu saydıqlarını öz saytına da yerləşdirib.

Bu bir art-marafondur və rəssam deyir ki, Nemtsovun portretlərini çəkməyə qətlin sifarişçiləri tapılanacan davam edəcək.
Hades ictimai cəhətdən fəal sənətçilərdəndir. O, bundan əvvəl qzılardan ibarət "Pussy Riot” qrupunun üzvlərini də müdafiə etmişdi. Prezident Putini və pravoslav kilsəsini tənqid edən, həbsə salınan qrup üzvlərinin portretini o, "Chanel” pomadası ilə çəkmişdi.

Onun rəsmləri həm Rusiya, həm də xaricdə bir sıra qalereyalarda sərgilənir.

Azadlıq Radiosunun rus xidmətinə müsahibəsində Lena Hades deyir ki, heç də gündəlik siyasi hadisələrlə maraqlanmır.
Nemtsovun əslində kim olduğunu isə onun ölümündən sonra anlayıb. Buna qədər Kremlyönlü mətbuatın Nemtsov haqqında yaydığı yalanların təsirinə düşübmüş. Amma qətldən sonra Nemtsovun köhnə müsahibələrini oxuyub, çıxışlarının videoyazılarına baxıb.

"Nemtsov xarizmatik, çox təmiz adam idi. Onun portretini çəkməyə davam edirəm. Dayana bilmirəm, elə hey çəkirəm...”-deyə rəssam qeyd edir.

Hades deyir ki, Nemtsovun qətli ilə müxalifət başsız qalıb və bu, ölkə üçün böyük itkidir.

O, art-marafona 5 həmkarını da qoşub. Onların çəkdiyi portretləri də saytına yerləşdirib.

Rəssam bildirir ki, Nemtsovun qırxına qədər mümkün qədər çox portret çəkmək istəyir və indi səhərdən axşama qədər çalışır. Qırxından sonra isə işin həcmini azaldacaq. "Bu, fiziki cəhətdən çox ağır işdir” – deyə Hades etiraf edir.

Hazırda Nemtsovun qətli ilə bağlı bir neçə nəfər həbs edilib, amma Rusiya müxalifətində belə bir fikir var ki, onlar gerçək qatillər deyillər. Üstəlik də siyasətçinin qətlini kimin sifariş verdiyi də aydınlaşdırılmayıb. Bəs rəssam necə, sifarişçilərin tapılacağına inanırmı?

"Mən buna inanıram. Açığı, mən mistisizm tərəfdarı deyiləm. Amma həyatımda nələrsə üst-üstə düşməyə başlayanda bunun təsadüf olmadığına inanmağa meyllənirəm. Məndə belə bir hiss var ki, əgər portretləri çəkməyə davam etsəm, bu, istintaqın da gedişinə təsir edəcək”. 

ANN.Az




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM