Nemtsovun ölümünə görə Avropa məhkəməsinə müraciət edildi

20:59 | 27.08.2015
Nemtsovun ölümünə görə Avropa məhkəməsinə müraciət edildi

Nemtsovun ölümünə görə Avropa məhkəməsinə müraciət edildi

Janna Nemtsova atasının ölümü ilə bağlı gedən istintaqdan narazıdır

Bu ilin fevral ayında öldürülən müxalifətçı Boris Nemtsov qızı Janna Nemtsova Avropa İnsan haqları məhkəməsinə Rusiya hökumətindən şikayət edib.

ANS PRESS-in məlumatına görə, Janna hesab edir ki, onun atasının qətli ilə bağlı istintaq rusiya hakimiyyəti tərəfindən effektli şəkildə aparılmır.

Nemtsovanın fikrincə istintaqçılar nə cinayətdə əli ola biləcək adamların şəxsiyyətlərini müəyyən edib nə də ki Çenistanın yüksək vəzifəlı məmurlarını dindirməyə cəhd göstəriblər.

Bir müddət öncə Janna rusiyanın istintaq məhkəməsinə atasının ölumü ilə bağlı Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun da dindirilməsi haqda müraciət edib. 

Kadırov özu isə iddia edir ki, o müxalifətçi Nemtsovun ölümü ilə bağlı böyük məmnuniyyətlə ifadə verməyə hazırdır. Burda heç bir problem yoxdur.


Janna Nemtsova - Boris Nemtsovun qızı


Müxalifətçi Boris Nemtsov bu ilin 28 fevralında gecə saatlarında Moskvanın mərkəzində güllələnib.

Qətl ilə bağlı 5 nəfər istintaqa cəlb olunub. İstintaqçılar hesab edir ki, qətli bilavastə törədən Zaur Dadaev olub. Digər dörd nəfər isə Nemtsovu izləyərək Zaura qətli törətməkdə köməklik edib. 

Bir neçə gün öncə Moskvanın Basman məhkəməsi Zaur Dadayevin həbsdə qalma müddətini 28 noyabradək uzadıb.

Zaur Dadayev öz növbəsində iddia edir ki,onu qanunsuz olaraq tutublar. Onun sözlərinə görə məhkəmədə verdiyi ifadələri ondan istintaqın təzyıq altında alınıb. 

Məhkəmə qətldə şübhəli bilinən dugər 4 nəfərin də həbsini uzadıb. Bunlar Həmzət Bahayev,Tamerlan Əskərxanov, Şadid və Anzor Qubaşevlər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM