"Hadisə şənbə günü axşam baş verib. Qroznı sakini, Boris Nemtsovun qətlində şübhəli bilinən şəxs Lev Yaşin küçəsindəki hündürmərtəbəli binanın mənzillərindən birində mühasirəyə alınmışdı. Polisin təslim olmaq tələbinə qarşı o, polislərə qumbara atıb. İkinci qumbara ilə isə özünü partladıb”. Bunu "İnterfax” agentliyi bildirir.
Müsahibin sözlərinə görə, polislərdən və yerli sakinlərdən kimsə xəsarət almayıb.
Ölənin şəxsiyyəti müəyyənləşdirilib. O, Qroznı sakini imiş və polislərin mühasirəyə aldıqları mənzildə yaşayırmış.
Əvvəl cinayətin törədilməsində 2 nəfər şübhəlinin - Anzor Qubaşev və Zaur Dudayevin tutulduğu barədə məlumat verilmişdi. Dünən axşam isə İnquşetiyanın Təhlükəsizlik Şurasının katibi Albert Baraxayev bildirib ki, Boris Nemtsovun qətli ilə bağlı daha iki nəfər tutulub:
"Çeçenistan Respublikası DİN-in "Şimal” batalyonunun alay komandiri Zaur Dudayev və həmin an onunla maşında olan daha bir kişi saxlanılıb. Bundan başqa, Moskvada özəl mühafizə müəssisəsində çalışan Anzor Qubaşev və onun kiçik qardaşı da tutulublar”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !