Anspress.com xəbər verir ki, bu haqda ailənin vəkili Vadim Proxorov açıqlama verib.
"Bu gün artıq elan etmək olar ki, Janna, Dina, Anton və Sofiya Nemtsovlar iş üzrə zərər çəkmiş kimi tanınıblar", - deyə Proxorov bildirib.
O qeyd edib ki, siyasətçinin uşaqlarının maraqlarını qoruyacaq.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı ukraynalı model Anna Duritskaya onun yanında olub.
ANN.Az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !