Müştərilərini
hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika, Neokart
sahibləri üçün ölkədə ilk dəfə olaraq KEŞBEK şərtlərini MÜŞTƏRİLƏRİN ÖZLƏRİ
İSTƏDİYİ KİMİ TƏYİN ETMƏ imkanı yaratdı.
Artıq bankınızın neçə faiz keşbek təklif edəcəyini
gözləməyə, həmçinin fərqli keşbek paketləri arasında seçim etmək məcburiyyətində
qalmayacaqsınız. Belə ki, NeoKart sahibləri, hər ay arzuladıqları "Supermarket”,
"Geyim mağazaları”, "Restoran və kafe”, "YDM” kimi sevimli kateqoriyaları seçərək
5%-dək maksimal faiz dərəcəsini təyin edə biləcək.
Bunun üçün hər ayın əvvəli sadəcə
Mobil Şöbə tətbiqində "Neobonus Kateqoriyaları” menyusuna daxil olub,
arzuladığınız kateqoriyalar üzrə keşbek faizlərini təyin etmək kifayətdir.
Bununla
yanaşı, NeoKart sahibləri əvvəlki kimi Neo Qalaktika tərəfdaş şəbəkəsində 55%-ə
qədər keşbek qazanacaqlar. Nəzərinizə çatdıraq ki, NeoKart
sahibləri qazandıqları bonusları həm Keşbek, həm də Mil, Danışıq Dəqiqələri və
İnternet Giqabaytlarına dəyişə bilərlər.
Əgər
Siz hələ də NeoKart sahibi deyilsinizsə, banka gəlmədən sifariş
edin və kart evinizə pulsuz çatdırılacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !