Güclü yağışlar nəticəsində baş vermiş daşqınlar nəticəsində Nepalda azı 100, Hindistanda isə 84 nəfər həlak olub.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hazırda Qərbi Nepalda təbii fəlakət səbəbindən minlərlə insan evsiz qalıb. Hökumətin məlumatına əsasən, ölkənin 75 inzibati rayonundan 20-nə ciddi ziyan dəyib.
Hindistanda ən acınacaqlı vəziyyət ölkənin şimal Uttarakhand ştatında yaranıb. Əhalini fəlakət zonasından təxliyə etmək üçün hökumət ordu qüvvələri cəlb edib. Təxliyə olunan insanlar məktəb və digər ictimai binalarda yerləşdirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !