Nəqliyyat Nazirliyi: Dövlət büdcəsinin vəsaiti göyə sovrulur

17:06 | 30.11.2013
Nəqliyyat Nazirliyi: Dövlət büdcəsinin vəsaiti göyə sovrulur

Nəqliyyat Nazirliyi: Dövlət büdcəsinin vəsaiti göyə sovrulur

“Vətəndaş da həmişə haqlıdır”Yollara bu qədər vəsait ayrılır, ən son standartlara uyğunlaşdırılır. Hansısa yük maşını sürücüsü və sahibkarının məsuliyyətsizliyi ucbatından yollar dağılır.İnterAz xəbər verir ki, bu sözləri Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov söyləyib.O deyib: “Əgər asfalt 25 tona hesablanıbsa, o 40 tonluq yükü necə götürə bilər. Bunun üçün biz xüsusi idarə də yaratmışıq, 85 saylı yol istismar idarəsi. Respublikanın müxtəlif yerlərində tərəzilər qoyulur. O tərəzilərdə yük maşınları çəkilir, yük artıqdırsa boşaldılır, sonra xəttə buraxılır”.Nazirlik rəsmisi, - “bəlkə yetərincə nəzarət olunmur?” - sualına isə belə cavab verib.“Çox təəssüf ki, bəzən yük avtomobilləri gözdən oğurlanırlar. Karyerdən çıxıb birbaşa asfalta keçirlər. Xüsusən də Şaqman tipli maşınlar yolları bərbad hala salıb. Vətəndaş da həmişə haqlıdır. Soruşur ki, bu yollar niyə bu gündədir?! Qısaca deyim - Dövlətin büdcəsi, vəsaiti göyə sövrulur”. // Oxu.azANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb