Nəqliyyat Nazirliyi: “Ləngimələr var"

13:13 | 13.06.2014
Nəqliyyat Nazirliyi: “Ləngimələr var"

Nəqliyyat Nazirliyi: “Ləngimələr var"

 Xəzər dənizi üzərindən uzunluğu 26 km təşkil edəcək “Bakı körfəzi dəniz körpüsü”nün inşa olunması nəzərdə tutulub.“APA-Economics”in məlumatına görə, bunu II Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həll yolları” konfransında Nəqliyyat Nazirliyi Nəqliyyat siyasəti iqtisadiyyat şöbəsinin sektor müdiri Heydər Turabov bildirib. O, qeyd edib ki, bu layihə gündəmdə olsa da, onun həyata keçirilməsi çox böyük vəsait tələb edir və bununla bağlı müəyyən ləngimələr mövcuddur. "Xəzərin iki sahilini birləşdirməklə, dəniz üzərində körpünün uzunluğu 17 km təşkil edəcək. Belə ki, “Bakı körfəzi dəniz körpüsü” Bakı Dairəvi avtomobil yolunu birləşdirməklə, nəqliyyat vasitələrinin Bakı şəhərinin mərkəzi hissəsinə daxil olmadan, şimal və cənub istiqamətindən şəhərin şərq və əks istiqamətdə hərəkətə şərait yaradacaq", - H. Turabov qeyd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti